Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının həkimləri ürək fəaliyyəti dayanmış pasiyentin həyatını xilas ediblər.

"Unikal" xəbər verir ki, pasiyent xəstəxanaya gətirilən zaman ürək fəaliyyəti dayanıb. Tibb işçiləri dərhal reanimasiya tədbirlərinə başlayıblar. Təxminən 45 dəqiqə davam edən fasiləsiz tibbi müdaxilə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa olunub və o, həyata qaytarılıb.

Hazırda pasiyentin müalicəsi və tibbi müşahidəsi davam etdirilir.

Həkimlərin vaxtında müdaxiləsi və peşəkarlığı nəticəsində daha bir insan həyatını xilas etmək mümkün olub.