Bakıda kirayədə qaldığı şəxsi yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə növbəti məhkəmə baxış iclası baş tutub.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fazil Feyzullayevin çalışdığı şirkatin təsiscisi şahid kimi ifadə verib.
Şahid ifadəsində vurğulayıb ki,Fazil Feyzullayev və İskəndər Əliyev onlarin şirkətində çalışıb.
"Hadisə günü həm İskəndər həm də Fazil işə gəlməmişdilər. Onların münasibəti həmişə yaxşı olub. Onların hər ikisi rəsmi 200-400 azn arası maaş alıblar. Hadisədən əvvəl İskəndərə pul lazim idi ona 200 dollar vermişdik. Fazildə hec vaxt dollar ola bilməzdi, o pul yəqin İskəndərin olub. Fazil işdə həmişə ondan-bundan borca pul alıb".
Şahid ifadəsi zamanı onu da vurğulayıb ki, onların işə gəlməməsi ilə bağlı İskəndərin mobil telefonuna işdən zəng edildikdə xırıltılı səslə boğazının ağrıdığını və buna görə işə gəlmədiyini deyib. Hadisə barədə polis məlumat verdikdən sonra isə məlum olub ki, Fazil İskəndərin telefonu ilə qəsdən xırıltılı səslə danışıb.
Sonuncu şahidin ifadəsindən sonra istintaq materiallarına əlavə edilmis sənədlərin tədqiqinə başlanılıb.Hadisə yerində ifadələrin yoxlanilması zamanı qeydə alınmış videogörüntülər nümayiş etdirilib.
Sənədlərin tədqiq edilməsi növbəti prosesdə davam edəcək.
Növbəti proses dekabrın 9-na təyin edilib.
Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən onun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetiriblər.Onlar bundan sonra otaq axtarış apararaq İskəndər Əliyevə maxsus 300 ABŞ dollarını ələ keçirdərək mənimsəyiblər. Fazil Feyzullayev cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.
Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Orxan Rasifoğlu

















.jpg)































