Nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi ilə bağlı yanlış fikirlər yayılmaqdadır. Bu fondun ləğvi texniki xarakterli işdir və sadəcə olaraq nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı maliyyə məsələlərinin idarə edilməsinə aiddir".
"Unikal" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, bunun avtomobil sahiblərinə, onların utilizasiya ilə bağlı hüquq və öhdəliklərinə heç bir aidiyyəti yoxdur:
"Utilizasiya haqqı olduğu kimi qalır, eləcə də utilizasiyaya verilən avtomobilə görə güzəştin məbləği, güzəşt əvəzinə birdəfəlik ödənişin məbləği və s. məsələlər olduğu kimi qalır. Sadəcə, bu dəyişiklərdən sonra ödənişlər fonda yox, büdcəyə daxil olacaq, güzəştlər və birdəfəlik ödənişlər də büdcədən olacaq. Ümumiyyətlə, bu dəyişiklik dövlət büdcəsinin strukturunun sadələşdirilməsi üzrə xeyli sayda qanunlara dəyişiklik zərfinin bir hissəsidir. Bu dəyişiklərdən belə başa düşülür ki, məqsədli büdcə fondlarının hamısı ləğv edilir və bu fondalara daxil olan, onlarda olan vəsaitlər birbaşa olaraq büdcəyə daxil olur".











.jpg)





































