“Qalatasaray”ın “Samsunspor”la matçını başqa stadionda keçirmək qərarı azarkeşlər üçün müəyyən çətinlik yaradıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi azarkeşlərin narazılığını aradan qaldırmaq üçün bir neçə variantı nəzərdən keçirir. Ən real ehtimal abunə sahiblərinə kompensasiya ödənilməsidir. Digər variant isə satışa çıxarılacaq biletlərin onlara prioritet qaydada təqdim edilməsidir. Yekun qərarın yaxın günlərdə açıqlanması gözlənilir.

Qeyd edək ki, “Qalatasaray”ın stadion dəyişikliyinə əsas səbəb noyabrın 24-də “Aston Villa” ilə keçiriləcək matça qədər “RAMS Park”ın ot örtüyünü hazır vəziyyətə gətirməkdir. Klub prezidenti Dursun Özbek də işlərin həmin görüşə qədər tamamlanacağını bildirib.