Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astanada keçirilən III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir. Nümayəndə heyəti səfər çərçivəsində noyabrın 19-da keçiriləcək “QS Eurasia Forum 2026” tədbirində də universiteti təmsil edəcək.
"Unikal" xəbər verir ki, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabrın 18–19-da keçirilən Strateji Tərəfdaşlar Forumu ali təhsil müəssisələrinin, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir. Forumun gündəliyinə universitetlərarası tərəfdaşlıqların inkişafı, transmilli təhsil, ali təhsildə keyfiyyət təminatı və süni intellektin tədrisdə tətbiqi daxildir.
“QS Eurasia Forum 2026” ali təhsildə məlumatlara əsaslanan qərarvermə mövzusuna həsr olunub. Forumda işəgötürənlərin məzunlardan gözlədiyi bacarıqlar, yeni beynəlxalq tərəfdaşlıqların qiymətləndirilməsi, eləcə də süni intellektin tədrisə və elmi tədqiqatlara təsiri müzakirə ediləcək.



.jpg)




.jpg)





































.jpg)



