General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva barəsində qərardan prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə "Unikal"a Türkər Əliyevanın vəkili Riçard İsmayılov məlumat verib.
Onun sözlərinə görə, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya protestinə baxılıb və qərar qəbul olunub.
Qərara əsasən, protest təmin olunmayıb. Türkər Əliyeva barəsində ev dustaqlığı qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vüsalə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla) və 32.4,313 (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.
Türkər Əliyevadan şikayət edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.
Ceyhun Rzayevin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.
Ceyhun Rzayev isə uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.
Orxan Rasifoğlu








































.jpg)








