Ankara məhkəməsi Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabr ayında keçirilən qurultayında baş vermiş qanun pozuntularına görə keçmiş İstanbul meri Əkrəm İmamoğluna iki il bir ay həbs cəzası verib.

"Unikal" "TRT Haber"ə istinadən xəbər verir ki, məhkəmə həmçinin onun siyasi hüquqlarının məhdudlaşdırılmasını da əmr edib.

İmamoğlu da daxil olmaqla, ümumilikdə doqquz nəfər bu iş üzrə məhkum edilib. Digər üç təqsirləndirilən şəxs bəraət alıb.

Müstəntiqlər iddia edirlər ki, CHP qurultayı zamanı nümayəndələr partiya sədri seçilən Özgür Özelə səs verməyə məcbur ediliblər. İttiham tərəfinin məlumatına görə, bəzi nümayəndələrə pul, iş və vəzifə yüksəlişi təklif edilib, ərzaq talonları verilib və doldurulmuş bülletenlərinin şəklini çəkmələri istənilib. Təqsirləndirilən şəxslər ittihamları rədd ediblər.

İmamoğlunun siyasi fəaliyyətlə mşğul olması da qadağan edilib.