Rusiya Prezidenti Vladimir Putin Çində keçirilən APEC sammitində Donald Trampla görüşüb.

"Unikal" xəbər verir ki, Rusiya və ABŞ prezidentləri Çin prezidenti Si Cinpinlə birlikdə əl sıxıb qısa çıxışlar ediblər.

Lider həmkarlarının yanında dayanmaq istəyən Putin gözlənilməz münasibətlə qarşılaşıb. Belə ki Si Cinpin Vladimir Putini uzaqlaşdıraraq onu həyat yoldaşı Pen Liyuanın yanında durmağa məcbur edib. 

Qeyd edək ki, Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli danışıqlar 19 noyabrda keçiriləcək.