Banqladeşdə işçilərin minimum əmək haqqının artırılması tələbi ilə tətil keçirilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən ölkədə təxminən 150 geyim fabriki bağlanıb.

Etirazlar ölkənin əsas tekstil mərkəzləri olan Savar, Aşuliya və Qazipuru keçirilir. 

İşçilər minimum aylıq əmək haqqının hazırkı 12.500-dən 30.000 taka (təxminən 245 dollar) səviyyəsinə qaldırılmasını tələb edirlər. Onlar cari ödənişlərin artan yaşayış xərclərini ödəmək üçün kifayət etmədiyini qeyd edirlər.