Oktyabrın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil olunan builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və kitab sənəti ilə əlaqəli qurum təmsil olunur.
Sərgidə Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi də öz stendi ilə iştirak edir.
Sərgi çərçivəsində AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin I kurs tələbəsi Rüstəm Məsimovun “AI Teacher” adlı layihəsi də təqdim olunub.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayır.








.jpg)











.jpg)












.webp)















