Almaniyanın “Bavariya” klubunun futbolçusu Yozua Kimmix UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu çərçivəsində İngiltərənin “Arsenal” komandası ilə oyunda iştirak etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Münxen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub vəfat edən şəxsin kimliyini açıqlamasa da, Almaniya mətbuatı onun Kimmixin atası Bertold Kimmix olduğunu yazıb. O, 57 yaşında vəfat edib. Atası Yozua Kimmixin futbolçu kimi yetişməsində mühüm rol oynayıb.
“Bavariya” klubu Yozua Kimmixə dərin hüznlə başsağlığı verib və bu çətin vaxtda futbolçuya dəstəyini ifadə edib.
Qeyd edək ki, “Bavariya” – “Arsenal” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.





.jpg)











.jpg)











.webp)

















