Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

"Unikal" xəbər verir ki, faktla bağlı Naxçıvan Muxtar Respublika Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə Cavid Ağaməliyev barəsində cinayət işi başlanılıb.

O, dövlət əmlakının mənimsənilməsində şübhəli bilinir.