Media NABU və SAP tərəfindən aparılan axtarışlardan sonra Ukrayna Milli Bankının (NBU) sədri Andriy Pişnıy istefa verməsi ilə bağlı xəbərlər yayımlanıb. 

"Unikal" xəbər verir ki, Ukrayna Milli Bankı Pişnıyın istefa verməsi ilə bağlı məlumatları təkzib edib. 

Xatırladaq ki,  Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) əməkdaşları Ukrayna Milli Bankının mərkəzi ofisində axtarışları aparıb.