"ABŞ Moskva tərəfindən azad edilən amerikalı Stiv Habbardın müqabilində heç kimi Rusiyaya təhvil verməyib".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. 

"Stiv evə qayıdır və tezliklə ailəsi ilə birlikdə olacaq. Prezident Trampa hörmət əlaməti olaraq, ABŞ qarşılığında heç nə vermək məcburiyyətində deyildi - bu, Rusiya üçün görünməmiş bir vəziyyət idi. Bu buraxılış üçün heç bir "mübadilə" tələb olunmurdu", - deyə o "Truth Social"da yazıb. 

Kreml daha əvvəl  Rusiya prezidenti Vladimir Putinin Habbardın humanitar səbəblərdən azad edilməsi qərarını verdiyini bildirmişdi.