Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında görüş mümkündür.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Belə bir görüş mümkündür. Üç tərəf görüşməyin yaxşı olacağını başa düşür və üç tərəf hipotetik olaraq buna hazırdır. Hələlik dəqiq müəyyən edilmiş gündəlik yoxdur; onun yekunlaşdırılması lazımdır", - deyə o, bildirib.
Rusiya prezidentinin mətbuat katibi həmçinin qeyd edib ki, Vaşinqton nüvə tərksilahını müzakirə etmək istəyir, lakin rəsmi Pekin buna qarşıdır.






.jpg)












.webp)



























