Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 34 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib.
"Unikal" xəbər verir ki, qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Səyyar qəbul zamanı sakinlər işlə təminat, maddi yardım, səhiyyə və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün qeydiyyata alınıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.








.jpg)










.jpg)












.webp)















