Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında Pekində danışıqlar başlayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Putini Çinə səfəri zamanı beş Rusiya baş nazirinin müavini, səkkiz nazir, prezident administrasiyasının nümayəndələri və iri biznes nümayəndələri müşayiət edir.
Liderlər ikitərəfli əməkdaşlığın bütün spektrini, eləcə də əsas regional və beynəlxalq məsələləri müzakirə etməyi planlaşdırırlar.























































