Fransanın “Societe Generale” bank qrupu müştərilərin məlumatlandırılması və məsləhətləndirilməsi üzrə öhdəliklərini pozduğuna görə 20 milyon avro cərimələnib.

"Unikal" xəbər verir ki, qurumu bu ölkənin bank və sığorta sektoruna nəzarət edən Prudensial Nəzarət və Tənzimləmə Təşkilatı cərimələyib.

Bildirildiyinə görə, bu, təşkilatın Sanksiyalar komissiyası tərəfindən 2018-ci ildən indiyədək tətbiq olunan ən yüksək cərimədir.

“Societe Generale” qərarı nəzərə aldığını açıqlayıb.