Yeddiqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketkası ispan tennisçisi Karlos Alkaras 2026-cı il Uimbldon turnirini buraxacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, Alkaras ötən il Uimbldon finalına yüksələrək finalda italiyalı Yannik Sinnerə uduzub.

“Sağalma prosesim yaxşı gedir, daha yaxşıyam, amma təəssüf ki, hələ də yarışmağa hazır deyiləm, ona görə də “Queen's Club” və “Uimbldon”da ot örtüyü yarışlarından imtina etmək məcburiyyətində qalmışam. Bu iki turnir mənim üçün həqiqətən xüsusidir və onları çox darıxacağam. Ən qısa zamanda geri qayıtmaq üçün çalışmağa davam edəcəyik!”, - Alkaraz sosial mediada yazıb.

Bu mövsüm Alkaras Barselona turnirində bilək zədəsi alıb. Zədə səbəbindən ispaniyalı gələcək yarışlardan, o cümlədən “Rolan Qarros 2026”dan imtina edib.