Danimarka pop qrupu "Aqua" dağılıb
"Unikal" xəbər verir ki, məlumatı qrup üzvləri İnstaqramda paylaşıblar.
""Aqua" həyatımızın vacib bir hissəsi idi. Birlikdə xəyal etdiyimizdən daha çox şey yaşamaq şansımız oldu", - deyə qrup üzvləri qeyd ediblər.
Qrup üzvləri 30 il birlikdə çıxış ediblər.
"Son 30 ildə bu səyahətin bir hissəsi olan hər kəsə ürəkdən təşəkkür edirik. Sevginizə, enerjinizə, dəstəyinizə və birlikdə paylaşdığımız bütün anlara görə təşəkkür edirik. Bu andan etibarən yalnız sevgi və minnətdarlıq", - deyə musiqiçilər bildiriblər.
Qeyd edək ki, "Aqua" 1990-cı illərdə şöhrət qazanıb və 20-ci əsrin sonlarında Danimarkanın ən uğurlu musiqi qrupu olub. Onların ən məşhur mahnısı "Barbie Girl"dir. Qrup Lene Nüstrem Rasted, Rene Dif, Seren Rasted və Klaus Norrendən ibarət idi. Karyeraları ərzində onlar üç studiya albomu buraxıblar: Aquarium (1997), Aquarius (2000) və Megalomania (2011).




















































