Xəbər verdiyimiz kimi, Keniya Prezidenti Uillyam Samoei Ruto ötən gün Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində iştirak edib. 

"Unikal" xəbər verir ki, prezidentin Azərbaycana səfəri bu gün başa çatıb. 

O, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Bakıdan Astanaya dövlət səfərinə gedib.

"Sabah yüksək səviyyəli danışıqlar zamanı iki ölkə arasında ticarət, iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq", - deyə bəyanatda bildirilib.

Həmçinin bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Ağarza Elçinoğlu