Mingəçevirdə gənc qız binadan yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə Nizami küçəsində baş verib. İlkin məlumata görə, 2004-cü il təvəllüdlü Səadət Kərimova binanın 3-cü mərtəbəsindən yıxılaraq yerə çırpılıb. Yaralı qız dərhal xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov