Mayın 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın bölgələrinə dronlarla hücum həyata keçirib.
"Unikal" xəbər verir ki, Dnepr, Odessa, Sumı vilayəti və digər bölgələrdə partlayışlar baş verib.
Hücum nəticəsində 2 nəfər ölüb, 10-a yaxın insan yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaşayış binalarına və obyektlərə ciddi ziyan dəyib.





















































