Dövlət Miqrasiya Xidməti (DMX) WUF13 ilə əlaqədar ölkəyə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayanlara müraciət edib.

Bu barədə "Unikal"a DMX-dən məlumat verilib.

Bildirilib ki, WUF13 vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 30 gün müddətinə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar.