Britaniyanın 2030-cu ilə qədər yeni silah sistemləri almaq üçün vəsaiti yoxdur.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Birləşmiş Qüvvələr Komandanlığının keçmiş rəhbəri Riçard Barrons "The Times" qəzetinə bildirib.

"Maliyyə çatışmazlığı səbəbindən Britaniya qoşunlarının 2030-cu ilə qədər yeni silahlar almağa pulu yoxdur ", - deyə o bildirib.

Barrons əlavə edib ki, Britaniya rəhbərliyinin yalnız tanklar, helikopterlər və artilleriya almaq üçün kifayət qədər vəsaiti var. Dronlar, döyüş sursatları və ya süni intellekt sistemləri üçün pul qalmayıb.