ABŞ bu gün 15.000 hərbi qulluqçunun iştirakı ilə Hörmüz boğazından ticarət gəmilərinin naviqasiya azadlığını bərpa etmək məqsədi ilə Azadlıq Layihəsinə dəstək verməyə başlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. 

"ABŞ-nin Azadlıq Layihəsinə hərbi dəstəyinə idarə olunan raket esminetsləri, 100-dən çox quru və dəniz təyyarəsi, çoxməqsədli pilotsuz platformalar və 15.000 əsgər daxil olacaq".

Bəyanatda həmçinin bildirilir ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçirilən missiya Hörmüz boğazından maneəsiz keçid axtaran ticarət gəmilərini dəstəkləyəcək. Mərkəzi Komandanlıq əlavə edib ki, dünya dəniz neft ticarətinin dörddə biri, eləcə də əhəmiyyətli miqdarda yanacaq və gübrə boğazdan keçir.