Türkiyənin aparıcı media qurumları — A Haber və Sabah Azərbaycan İdman Akademiyasına (ASA) gəlib, Akademiya haqqında xüsusi reportaj hazırlayıblar.

"Unikal" xəbər verir ki, süjet ASA-nın fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıqlarına həsr olunub.

Reportajda ASA-nın rektoru Fuad Hacıyev, prorektoru Ülkər Babayeva və əməkdaşlar müsahibə verib. Müsahibələrdə Akademiyada həyata keçirilən yeniliklər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və idman elminin inkişafına yönəlmiş layihələr haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, hazırlanan süjet yaxın günlərdə Türkiyə ictimaiyyətinə təqdim olunacaq.