22.04.2026-cı il tarixində saat 21:40 radələrində müəyyən xəsarətlər almış 1980-ci il təvəllüdlü şəxs (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə  hospitalizasiya olunub. 

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, ona sağ qulağın arxa nahiyəsinin kəsilmiş yarası, sağ və sol biləyin kəsilmiş yarası diaqnozu təyin olunub.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

**** 09:44

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıb.

"Unikal" xəbər verir ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir

***

09:09

Goranboy sakini olan 46 yaşlı kişi kəsici-deşici alətdən xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 1980-ci il təvəllüdlü S.Alıyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal 46 yaşlı kişiyə yardım edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, xəsarət alan S.Alıyevə Kəlbəcər rayon sakinləri -  1980-ci il təvəllüdlü A.Ələsov və onun oğlu 2005-ci il təvəllüdlü İ.Ələsov kəsici-deşici alətlə xəsarət yetiriblər.

Məlumata görə, hadisə tərəflər arasında şəxsi münasibətlər zəminində baş verib. Əraziyə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov