Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, rayon sakini 1968-ci il təvəllüdlü Qurban Qasımov bıçaqlanıb.

Onu bıçaqlamaqda şübhəli bilinən Fərid Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev