Şəmkir rayonunda baş verən qətl hadisəsinin bəzi detalları məlum olub.
"Unikal'ın məlumatına görə, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadənin bacısını sevdiyi üçün tərəflər arasında əvvəllər də mübahisələr yaşanıb.
Bildirilir ki, hadisə günü yeniyetmə gecə saatlarında Ramal Quliyevə zəng edərək onu evlərinin qarşısına çağırıb. Görüş zamanı tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı 16 yaşlı yeniyetmə gəncə bıçaqla zərbələr endirib.
R.Quliyev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

XXX

09:49

Şəmkirdə gənc oğlan qətlə yetirən şəxs tutulub.

"Unikal"ın məlumatına görə, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.

XXX

09:40

Şəmkirdə 19 yaşlı gənc qətlə yetirilib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.

Belə ki, 2007-ci il təvəllüdlü R.Quliyev qəsəbə ərazisində bıçaqlanıb. 19 yaşlı gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov