Ermənistanda Müqəddəs Anna kilsəsində baş verən hadisədən sonra üç nəfər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Onlar xuliqanlıqda və vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaqda şübhəli bilinirlər.
Saxlanılanlar iş materialları ilə birlikdə cinayət istintaq bölməsinə təhvil verilib.
Qeyd edək ki, saxlanılanlardan ikisi əkiz məktəblidir.
*** 14:26
Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı St. Anna Church kilsəsində keçirilən ibadət zamanı insident baş verib.
"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, Baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri narazı şəkildə mühafizəçiyə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib, arxadan isə başqa bir şəxs Nikol Paşinyanı vurmağa cəhd göstərib.
Hadisədən sonra İrəvan polisi kilsənin həyətində bir nəfəri saxlayıb.
