Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Moskvaya yaxınlaşan 16 pilotsuz uçuş aparatını vurub.
"Unikal" xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib.
Qeyd olunur ki, Vnukovo və Domodedovo hava limanlarında təyyarələrin uçuşuna və eniş etməsinə bir müddət məhdudiyyətlər tətbiq edilmişdi.
***15:45
Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin paytaxta doğru uçan daha altı Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat yayıb.
"Moskvaya doğru uçan altı PUA-nın hücumu dəf edilib. Təcili yardım xidmətləri qəza yerində işləyir", - deyə o, yazıb.
