UFC prezidenti Dana White (Dana Uayt) Bakıda yeni turnir keçirəcəklərinin anonsunu verib.

"Unikal" bu haqda keçmiş prodüsser Jed Goodmanın X səhifəsinə istinadən xəbər verir.  

Uayt FOX Sport telekanalına müsahibəsində deyib: “Biz tezliklə Azərbaycana qayıdacağıq. Həmçinin Gürcüstanda turnir keçirmək istəyirik və bu il Cənubi Afrikada da yarış təşkil edə bilərik.”

Qeyd edək ki, ötən yay Bakıda ilk dəfə UFC yarışı keçirilib.