"Yaxın Şərq ölkələri Avropa rəsmilərinə Tehranla ABŞ və İsrail arasındakı münaqişə nəticəsində narahatlıqlarını bildiriblər".
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas brifinqdə deyib.
"Region ölkələri ilə danışdığımız zaman, onlar rejimin rəhbərliyi və orada baş verənlər səbəbindən İran daxilində vətəndaş müharibələrindən də narahatdırlar", - deyə o, bildirib.
Kallas əlavə edib ki, Aİ regiondakı dəniz təhlükəsizliyindən "son dərəcə narahatdır" və Hörmüz boğazı kimi marşrutları açıq saxlamağa çalışır:
"Baxmayaraq ki, Aİ Körfəz ölkələrindən neftdən asılı olmadığı üçün oradakı hücumların Aİ-yə neft tədarükünün təhlükəsizliyinə qısamüddətli böyük təsiri olmayıb. Bu münaqişə həmçinin ABŞ və İspaniya arasında mübahisəni daha da qızışdırıb. Vaşinqton İspaniyanın ABŞ təyyarələrinin Tehrana hücum üçün ölkəsinin cənubundakı birgə idarə olunan dəniz və hava bazalarından istifadə etməsinə icazə verməkdən imtina etməsi səbəbindən Madridlə ticararəti kəsməklə hədələyib".
Gülayə Mecid
