Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir.

"Unikal" xəbər verir ki, səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

Bu məqsədlə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  rayonun hüquq-mühafizə orqanlarının və  xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə Qızılhacılı qəsəbəsində səyyar qəbul keçirib. Qəsəbə sakinlərini dinləyən icra başçısı mövcud problemlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.