Ötən gecədən bu gün 18:00-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 91 nəfər təxliyə olunub.
"Unikal" xəbər verir ki, təxliyə edilənlər Azərbaycan, Çin, Pakistan, Tacikistan, Fransa, İsveç, Çexiya və Kuba vətəndaşları olub.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
*** 12:25
İrandan martın 4-də saat 10:00-12:00 aralığında daha 21 nəfər Azərbaycana təxliyə edilib.
"Unikal" xəbər verir ki, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 5-ı Azərbaycan, digərləri isə Çin, Pakistan, Fransa və Tacikistan vətəndaşlarıdır.
Qeyd edək ki, İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 12:00-a qədər İrandan Azərbaycana 1182 nəfər təxliyə olunub.
