İrandan gün ərzində müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi davam edib.

"Unikal" xəbər verir ki, Azərbaycan, Çin, Slovakiya, Rusiya, Pakistan, Türkiyə, Tacikistan, Özbəkistan, Cənubi Afrika, Gürcüstan, Oman və Belarus vətəndaşlarının “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi təmin olunub.

Təxliyə olunan şəxslər sərhəd-keçid məntəqəsində sənədlərinin yoxlanılması və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Diplomatik korpus nümayəndələrinin keçidi isə beynəlxalq normalara uyğun olaraq, xüsusi müşayiət və nəzarət altında təşkil edilib.

XXX

17:20

Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 725 nəfər təxliyə edilib.

"Unikal" xəbər verir ki, təxliyə olunanların 165-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 224 Çin, 127 Rusiya, 71 Tacikistan, 66 Pakistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş, 2 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan, 2 Türkiyə, 2 İran vətəndaşı, eyni zamanda, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

*** 13:20

Martın 3-də saat 11:00-13:00 aralığında daha 89 nəfər hərbi əməliyyatların davam etdiyi İrandan Azərbaycana təxliyə olunub.

"Unikal" xəbər verir ki, onlardan 6-sı Azərbaycan, 74-ü Çin, 2-si İran, 1-i isə Türkiyə, 6-sı isə Slovakiya vətəndaşıdır.

Onların təxliyəsi "Astara" Sərhəd Gömrük-keçid məntəqəsi vasitəsilə həyata keçirilib.