İsrail ötən gün gecə "Mossad" və xüsusi təyinatlı qüvvələrdən istifadə edərək İranda quru əməliyyatı həyata keçirib.

"Unikal" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" mənbələrə istinadən yazıb. 

Əlavə təfərrüatlar verilməyib. İsrail məlumata münasibət bildirməyib və ya cavab verməyib.

İsrail ordusunun beynəlxalq sözçüsü Nadav Şoşani xarici mediaya verdiyi açıqlamada İsrailin İrana quru qüvvələri göndərəcəyinin çox az ehtimal olunduğunu bildirib.

Ağarza Elçinoğlu