Ermənistanın Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstanda işgüzar səfərdə olacaq.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Tbilisidə o, Gürcüstanın Baş naziri ilə görüşəcək. İrakli Kobaxidze və Nikol Paşinyanın sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək və bundan sonra baş nazirlər mediaya birgə bəyanatlar verəcəklər.
Gürcüstana gedən Ermənistan nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Vahan Kostanyan, səhiyyə nazirinin müavini Lena Nanuşyan, iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan, Mərkəzi Bankın nazir müavinləri Armen Simonyan, Narek Apitonyan, Dövlət Gəlirləri Komitəsinin sədr müavini R.Gevorqyan, Ermənistan Respublikası Əmək və Sosial Məsələlər Nazirliyinin Vahid Sosial Xidmət İdarəsinin rəis müavini A.Beqlaryan və başqaları daxildir.
Ağarza Elçinoğlu
