Rusiya hüquq-mühafizə orqanları Krasnoyarskda Azərbaycan vətəndaşı olan vəkil Ələkbər Qarayevi və iki tanışını saxlayıb.
"Unikal" xəbər verir ki, Rusiya Federasiyasının Krasnoyarsk diyarı və Xakasiya üzrə İstintaq Komitəsinin məlumatına görə, o, mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq cəhdində (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi) şübhəli bilinir.
Məhkəmə iki aylıq həbs qətimkan tədbiri seçib. Müstəntiqlər iddia edirlər ki, Qarayev və tanışları özü dələduzluq ittihamı ilə ev dustaqlığında olan "Sibryak" tikinti şirkətinin prezidenti Vladimir Yeqorovdan pul alıblar.
