Mingəçevirdə 32 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən evlərdən birində baş verib. 1994-cü il təvəllüdlü şəhər sakini Gülmiyə Əliyeva ehtiyatsızlıqdan sirkə turşusu qəbul edib. Zəhərlənən qadın yaxınlarının köməyi ilə təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
