Şəmkirdə yanğın qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qədimqala kəndində baş verib. Belə ki, kənd sakininə məxsus umumi sahəsi 1100  kv. metrə yaxın olan istixanada anidən yanğın olub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yanğın zamanı istixananın 35 kv metr polietilen üzlüyü,125 kv metr qazanxana və örtük hissəsi, 60 kv. metr isə taxta atmaları yanıb.

Yanğınsöndürənlər tərəfindən istixananın qalan hissəsi mühafizə edilib. Yanğın nəticəsində xəsarət alan və tüstüdən zəhərlənən olmayıb. Məlumata görə, sahibkara xeyli ziyan dəyib.Baş verən yanğın hadisəsi ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Tural Əhmədov