Füzuli rayonu ərazisində yük və minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində T.Mirzəyeva həyatını itirib. Xəsarət alanlar, R.Ağalarzadə, B.Atakişiyeva, B.Qardaşxanov, S.Qalsanov, rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
