İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi müdafiə nazirinin Azərbaycana səfərinin iki ölkə arasında, xüsusən də təhlükəsizlik və siyasi sahələrdə etimadı gücləndirəcəyini qeyd edib. 

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. 

"Bu səfər İranın bütün səviyyələrdə, xüsusən də Cənubi Qafqazda qonşu ölkələrlə etimadı gücləndirmək əzmini nümayiş etdirir. Bu bölgə İran üçün böyük əhəmiyyət kəsb edir və biz oradakı sülhü öz sülhümüz kimi görürük", - deyə o bildirib. 

Diplomatın sözlərinə görə, bu məsləhətləşmələr region ölkələri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün vacibdir.

Ağarza Elçinoğlu