ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən azı 20 hərbi nəqliyyat təyyarəsi ABŞ vitse-prezidenti Cems Devid Vensin səfərindən əvvəl Ermənistan və Azərbaycana gəlib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, təyyarələrin əksəriyyəti 4-8 fevral tarixləri arasında Yerevan və Bakıya uçub. Ermənistana 12 hərbi nəqliyyat təyyarəsi gedib. Daha 9 təyyarə isə Azərbaycana gəlib. 

Demək olar ki, bütün uçuşlar 77,5 tona qədər çəkiyə malik Boeing C-17a Globemaster III hərbi nəqliyyat təyyarəsi ilə həyata keçirilib. Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat qüvvələri üçün hazırlanmış Lockheed Martin MC-130J Commando II ixtisaslaşmış hərbi nəqliyyat təyyarələri də Yerevan və Bakıya uçuşlar həyata keçirib.

Onlar Gürcüstana daha iki uçuş həyata keçiriblər.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti 9-10 fevral tarixlərində Ermənistanda rəsmi səfərdə olacaq. O, Yerevandan Bakıya gələcək.

Ağarza Elçinoğlu