Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbçinin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

"7 fevral tarixində Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbçi Davit Armenoviç Manukyanın meyiti aşkar edilib", - məlumatda qeyd olunub.