26.01.2026-cı il tarixində saat 22:50 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (3-ü kişi və 1-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin sıyrığı və küt travması diaqnozu təyin edilib.Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
*** 10:16
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, rayonunun İrmaşlı kənd sakinləri, 1992-ci il təvəllüdlü Rüstəmli Vüsal Zöhrab oğlunun idarə etdiyi "VAZ"-2110 və Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Orxan Qoşqar oğlunun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində "VAZ"-2110-un sürücüsü ölüb, sərnişini, 2020-ci il təvəllüdlü Rüstəmli Adəm Vüsal oğlu xəsarət alıb.
Fakt araşdırılır.
Tural Əhmədov
