NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki,bu barədə Rütte sosial media hesabında bildirib.
Alyansın lideri müzakirənin Qrenlandiya və Arktikada təhlükəsizlik məsələlərinə yönəldiyini deyib.
Rutte yazıb: "Biz bu bölgələrdə təhlükəsizlik üzərində işləməyə davam edəcəyik və bu həftənin sonunda Davosda onunla görüşməyi səbirsizliklə gözləyirəm".
