Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarının təmin olunmasına dair fərman imzalayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənəddə kürdlərin Suriya cəmiyyətinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı qeyd edilir.
Fərmana əsasən, kürdlərin əhalinin mühüm hissəsini təşkil etdiyi bölgələrdə məktəblərdə kürd dili tədris ediləcək.
Bundan başqa, 1962-ci il əhali siyahıyaalınması zamanı vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası imkanı verilir.
