“Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

"Unikal" xəbər verir ki, "ağ-qaralar" Çinin "Çenqdu Ronqçenq" komandası ilə üz-üzə gəlib.

Oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində 9-cu dəqiqədə Andrey Ştoqrin, 29-cu dəqiqədə Bassala Sambu, 53-cü dəqiqədə isə İqor Ribeyro fərqlənib.

"Çenqdu Ronqçenq" Çin Superliqasında 30 turdan sonra 60 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” 2-ci matçında "Piramids"lə (Misir) heç-heçə edib - 1:1.